Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO 

Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO 
154891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisində azərbaycanlı rəssam Faiq Əhmədin əsərlərindən ibarət xalça sərgisinin açılışında iştirak edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Sərginin açılışına BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya, Cenevrə şəhərində mövcud beynəlxalq təşkilatların rəsmiləri, xarici ölkələrin səfirləri qatılıblar. 

Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya sözügedən sərginin Azərbaycanın zəngin mədəniyyətinin, xalçaçılıq sənətinin daha yaxından tanıdılması imkanı yaratdığını diqqətə çatdırıb. 
Ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan ibarət sərgi 12 gün ərzində BMT ofisinin ziyarətçilərinə açıq olacaq. 

Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO  - foto 1
Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO  - foto 2
Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO  - foto 3
Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO  - foto 4
Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO  - foto 5

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO