BMT-nin mənzil-qərargahı önündəki aksiyada erməni təxribatçı həbs edildi - VİDEO

BMT-nin mənzil-qərargahı önündəki aksiyada erməni təxribatçı həbs edildi - VİDEO

Hazırda oxunan: BMT-nin mənzil-qərargahı önündəki aksiyada erməni təxribatçı həbs edildi - VİDEO

151182

BMT-nin mənzil-qərargahı önündə Nyu-Yorkda yaşayan həmvətənlərimiz tərəfindən erməni yalanlarına qarşı təşkil olunan etiraz aksiyası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə baş tutan aksiyada həmvətənlərimiz beynəxalq təşkilatdan ədalət tələb ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-dən BMT-dəki müzakirələrə dair BƏYANAT: "Azərbaycan tərəflərlə qarşılıqlı fəaliyyətə sadiqdir"


Əllərində Azərbaycan bayraqları və plakalatla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasına məsələyə ədalətlə yanaşmağa çağırış ediblər.

Həmvətənlərimiz ərazidən keçən diplomatları Erməistanın işğalçılıq siyasəti və yalanları barədə məlumatlandırıblar.

Aksiyanın keçirildiyi əraziyə gələn bir qrup erməni dinc aksiyanı pozaraq həmvətənlərimizə qarşı təxribat törədiblər. Onlar əllərində plakatlar və qondarma ölkənin bayraqları ilə azərbaycanlılara hücum çəkib, yoldan keçən maşınların qarşısını əllərindəki plakatlarla kəsiblər.

Azərbaycan bayraqlarını cırmaq istəyən ermənilər həmvətənlərimizi qəzəbinə tuş gəlib. Ərazidə qarşıdurma yaşanıb.

Nümayişin keçirildiyi əraziyə Nyu-York polis departamentinin əməkdaşları gəlib.

Həmvətənlərimizə təziq göstərən ermənilər polisə yalan məlumatlar verərək özlərini müdafiə etməyə çalışıblar. Polis insidentə dair foto və video görüntüləri izləyib.

Polisin həmvətənlərimizə hücüm edən Cobanyan Sulyanı hadisə yerində həbs edib.

Təxribat törədən və özünü BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni vətəndaşı sorğu üçün polis bölməsinə aparılıb.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO