Prezident Vüqar Süleymanovu yüksək vəzifəyə təyin etdi

Prezident Vüqar Süleymanovu yüksək vəzifəyə təyin etdi

Hazırda oxunan: Prezident Vüqar Süleymanovu yüksək vəzifəyə təyin etdi
10755
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V. Süleymanov bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyində Aparat rəhbəri işləyib.

Qeyd edək ki, V.Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib.

1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis; 2005-2018-ci illərdə özəl təşkilatlarda çalışıb.

2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifəsində işləyib.

21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyirdi.

Ailəlidir, 3 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO