Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Hazırda oxunan: Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

641415

Türkiyədə sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti tətbiq edilir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər ki, bununla bağlı “Sosial şəbəkə təminatçısı tərəfindən uşaqlara xüsusi ayrılmış xidmətlərin təqdim edilməsi və yaşın təsdiqlənməsi haqqında Əsasnamə” də dərc olunub.
 

Qaydalara əsasən, sosial şəbəkə platformaları 15 yaşını tamamlamamış uşaqlara xidmət göstərə bilməyəcək. 15-18 yaş aralığındakı uşaqlar üçün isə onların fiziki, psixoloji, sosial və emosional inkişaf ehtiyacları nəzərə alınmaqla xüsusi xidmət təqdim ediləcək.


Yaşın təsdiqlənməsi “e-Devlet” üzərindən yaradılan göstərici vasitəsilə həyata keçiriləcək. Uşaq hesabları standart olaraq məxfi olacaq. Bu hesablarda canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və ardıcıl məzmun axını təqdim edilməyəcək.

Mövcud hesablar üzrə yaş təsdiqləmə prosesi isə 31 mart 2027-ci ilədək tamamlanmalıdır. Qaydalar 1 noyabr 2026-cı ildən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO