Türkiyə İranın "Mahan Air" şirkətinin uçuşlarını dayandırır

Türkiyə İranın "Mahan Air" şirkətinin uçuşlarını dayandırır

Hazırda oxunan: Türkiyə İranın "Mahan Air" şirkətinin uçuşlarını dayandırır
637436
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə İranın "Mahan Air" aviaşirkətinin iki ölkə arasında həyata keçirdiyi reysləri dayandıracaq.

Bizim.Media "Middle East Eye"a (MEE) istinadən xəbər verir ki, bu barədə nəşrə Türkiyə rəsmiləri bildiriblər.

Qərar "Mahan Air"in Türkiyə və İran arasındakı bütün uçuşlarına şamil ediləcək.

Buna səbəb ABŞ-nin İranın "Mahan Air" aviaşirkətinə xidmət göstərən Türkiyə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsidir. Qərar sentyabrın 21-dən qüvvəyə minəcək.

"Mahan Air" Türkiyəyə tez-tez uçuşlar həyata keçirirdi, o cümlədən İstanbul və Tehran arasında gündə ən azı üç reys icra edirdi.

Aviaşirkət sentyabrın 21-dən Türkiyəyə və oradan olan uçuşları dayandıracağını təsdiqləyib. Daşıyıcı həmçinin Oman və Gürcüstana uçuşların dayandırıldığını da bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO