
- A-
- A
- A+
Güzəştli mənzillər satışa çıxarılacaq – Ünvanlar və qiymətlər
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1 049 mənzili güzəştlə satışa çıxaracaq.
Bizim.Media xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.
Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 201 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
Mənzillərin qiymətləri aşağıdakı kimidir:
Hövsan Yaşayış Kompleksi:
- 4 otaqlı – 118 800 manat.
Binəqədi Yaşayış Kompleksi:
* 3 otaqlı – 98 415 manatdan;
* 4 otaqlı – 133 650 manat;
* 5 otaqlı – 211 275 manat.
Şirvan Yaşayış Kompleksi:
* 2 otaqlı – 54 815 manat;
* 3 otaqlı – 69 160 manatdan;
* 4 otaqlı – 93 765 manatdan.
Yevlax Yaşayış Kompleksi:
* 1 otaqlı – 43 225 manat;
* 3 otaqlı – 70 490 manatdan;
* 4 otaqlı – 103 740 manat.
Qiymətlərə ƏDV daxildir.
MİDA-nın məlumatına əsasən, Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə əldə edilə bilər.
Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%, kredit müddəti isə 3 ildən 30 ilədəkdir.
Minimal ilkin ödəniş və 30 illik kredit müddəti nəzərə alınmaqla, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Mənzillərin seçimi elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçiriləcək. Satışda yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə biləcəklər. Elektron kabinetin qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq bütün iştirakçılar bərabər hüquqa malikdirlər.
Mənzillərin dəqiq sahəsi, qiyməti və satış şərtləri barədə ətraflı məlumatı MİDA-nın rəsmi internet saytından əldə etmək mümkündür.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































