Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq

Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq

Hazırda oxunan: Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq
647463
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ-nin təşəbbüslərinə qoşulan ölkələr tam məsuliyyət daşıyacaq”.

Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” hesabında yazıb.

Bəqai Koreya atalar sözünə istinad edərək Vaşinqtonun arxasınca gedən dövlətləri hədəf alıb:

“Leyləyin arxasınca uçmağa çalışan sərçə sonda ayaqlarını sındıracaq”.

O, “dəniz təhlükəsizliyi” və ya “naviqasiya azadlığını qorumaq” adı altında Hörmüz boğazında ABŞ-nin mümkün hərbi təşəbbüslərinə qoşulmağı planlaşdıran ölkələrə sərt xəbərdarlıq edib.
 

XİN sözçüsü qeyd edib ki, İrana qarşı təcavüzkar addımlarda və ya iqtisadi sanksiyalarda birbaşa və ya dolayı iştirak, o cümlədən bölgəyə dəniz qüvvələrinin yerləşdirilməsi, hərbi-logistika avadanlıqlarının təminatı və şəxsi heyət dəstəyi düşmənçilik aktı kimi qiymətləndiriləcək.


İsmayıl Bəqainin sözlərinə görə, belə bir iştirak BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini kobud şəkildə pozur və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən birbaşa “təcavüz aktı” sayılır.

O, “gəmiçilik azadlığının qorunması” və ya “piratçılığa qarşı mübarizə” kimi bəhanələrin bu addımların qanunsuz mahiyyətini dəyişmədiyini bildirib. Bəqai əlavə edib ki, ABŞ ilə imzalanmış heç bir ikitərəfli müqavilə beynəlxalq hüququ pozmaq və ya İrana qarşı ABŞ-İsrail hərbi təcavüzünə qoşulmaq üçün qanuni əsas verə bilməz və bu prosesdə yer alan istənilən dövlət yaranacaq nəticələrə görə tam məsuliyyət daşıyacaq.

Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO