Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Hazırda oxunan: Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

633429

Ermənistan parlamenti üç nazirliyin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə respublika parlamentinin spikeri Ruben Rubinyan məlumat verib.

O dəqiqləşdirib ki, "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna və əlaqədar qanunlara edilən dəyişikliklərin lehinə 64 deputat səs verib, 26 nəfər isə əleyhinə çıxıb.
 

Beləliklə, Xarici İşlər Nazirliyi Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Rifah Nazirliyi; Yüksək Texnologiyalar Sənayesi Nazirliyi isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi adlandırılıb.


Dəyişiklikləri təqdim edən Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan qeyd edib ki, bu yeniliklərin məqsədi xarici siyasət ilə iqtisadi əməkdaşlığı daha səmərəli şəkildə uzlaşdırmaq, sosial problemlərə reaksiya verməklə yanaşı, insanların və ailələrin rifahını daim yaxşılaşdırmaq və süni intellekti inkişaf etdirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO