Dreldən qopan parça gözünə girdi – 2 saatlıq əməliyyat keçirdi - FOTO

Dreldən qopan parça gözünə girdi – 2 saatlıq əməliyyat keçirdi - FOTO

Hazırda oxunan: Dreldən qopan parça gözünə girdi – 2 saatlıq əməliyyat keçirdi - FOTO

629990

İstanbulda təmir işləri zamanı 42 yaşlı kişinin gözünə dreldən qopan parça düşüb. Təxminən 2,5 saat davam edən əməliyyat zamanı metal parça gözdən çıxarılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ramazan Öztürk metal sökərkən parçanın qırılaraq sıçradığını və gözünə dəydiyini bildirib.

İlk anda bunu adi göz çöpü hesab etdiyini deyən Öztürk ağrı və göz yaşarması başladıqdan sonra xəstəxanaya müraciət edib.

Həkimlərin sözlərinə görə, təxminən 2,5-3 millimetr uzunluğunda olan metal parça gözün dərin qatlarına qədər daxil olub.

Göz xəstəlikləri üzrə mütəxəssis Doç. Dr. Sadık Etka Bayramoğlu bildirib ki, yad cismin kiçik olması onun təhlükəsiz olduğu anlamına gəlmir. Parça görmə mərkəzinə düşdüyü halda hadisə tam görmə itkisi ilə nəticələnə bilər.

“Qoruyucu eynək olsaydı, əməliyyata ehtiyac qalmaya bilərdi”

Həkim drel və digər alətlərdən istifadə zamanı qoruyucu eynək və zəruri hallarda üz qoruyucusundan istifadə edilməsinin vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, belə göz zədələrinin vaxtında müalicə olunmaması qanaxma, infeksiya və görmə itkisinə səbəb ola bilər.

Mütəxəssis çalışdıqları klinikaya gündə orta hesabla 5-10 gözə yad cismin düşməsi və müxtəlif göz zədələri ilə müraciət edildiyini bildirib. Onun fikrincə, qoruyucu vasitələrdən istifadə bu cür xəsarətlərin sayını 90-95 faiz azalda bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO