İrəvanda Avropa Siyasi Birliyinin VIII sammiti fonunda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirirlər.
Bizim.Media xəbər verir ki, aksiya Ermənistan paytaxtında sammitin keçirildiyi gün təşkil olunub.
Məlumata görə, etirazçılar Ermənistan hakimiyyətinin Qərbə yaxınlaşma siyasətinə qarşı çıxır və ölkənin Rusiya ilə münasibətlərinin qorunmasını tələb edirlər.
Qeyd edək ki, bu gün İrəvanda Avropa Siyasi Birliyinin VIII sammiti keçirilir. Tədbirdə Avropa ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Sammit “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” devizi altında baş tutur.
Bizim.Media




































































































