Lavrov: “ABŞ Azərbaycan-Ermənistan razılaşmalarına xələl gətirməyə çalışır” – VİDEO 

Hazırda oxunan: Lavrov: “ABŞ Azərbaycan-Ermənistan razılaşmalarına xələl gətirməyə çalışır” – VİDEO 

186846

“ABŞ və onun müttəfiqləri Azərbaycan və Ermənistanın Rusiyanın köməyi ilə əldə etdiyi razılaşmaların yerinə yetirilməsinə xələl gətirməyə çalışır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, kollektiv Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır.

“ABŞ Mərkəzi Asiyada da fəaldır, burada Rusiyaya qarşı müxtəlif formatlar yaradılır”. 

Onun sözlərinə görə, Rusiyanın strateji müttəfiqləri böyük təzyiq altındadır, buna baxmayaraq, onlar inteqrasiya strukturlarının - Aİİ, MDB və KTMT-nin əsaslandığı ümumi dəyərlərə və prinsiplərə sadiq qalırlar. 
Lavrov Qərbin strateji baxımdan uğursuzluğa məhkum olacağına əminliyini ifadə edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO