Dmitri Solonnikov: “Paşinyan ailəsi ilə birlikdə Marselə, ya da Mayamiyə qaçacaq”

Hazırda oxunan: Dmitri Solonnikov: “Paşinyan ailəsi ilə birlikdə Marselə, ya da Mayamiyə qaçacaq”

186521

“Son günlər Ermənistanla Azərbaycan sərhədində, o cümlədən Naxçıvan istiqamətində atəşkəs davamlı şəkildə pozulur. Eyni zamanda Azərbaycanla  sərhəddə Ermənistan qoşunlarının və texnikasının cəmləşməsi müşahidə olunur. Təbii ki, bu gərginliyin Brüssel görüşü ilə ciddi əlaqəsi var. Göründüyü kimi, Ermənistan tərəfinə eskalasiya yaratmaq üçün Qərbdən göstəriş verilib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Müasir Dövlətin İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.

O bildirib ki, bundan sonra Rusiya ilə Ermənistan arasında gərginlik daha da artacaq:

“Biz artıq ticarət məhdudiyyətlərinin tətbiqini görürük.  Ermənistan enerji resurslarını Rusiyadan dünya qiymətləri ilə alacaq. Nəticədə İrəvanın bütün bu manipulyasiyaları Ermənistan iqtisadiyyatının məhvinə gətirib çıxaracaq. Ermənistan məhv olacaq. Nikol Paşinyan ABŞ və Avropa ilə müqaviləsini yerinə yetirərək ailəsi ilə birlikdə, məsələn, Marselə, Mayamiyə və ya Londonun ətrafına gedəcək. Onun komandası üçün yaxşı olacaq. Əvəzində dağılmış Ermənistan iqtisadiyyatı Avropa Birliyinə tabe ediləcək”.

Dmitri Solonnikov onu da qeyd edib ki, biz artıq İrəvanın KTMT-nin işində iştirakdan ardıcıl imtina etdiyini görürük və indi məlum olub ki, Ermənistan hakimiyyəti Minskdə MDB-nin xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında iştirak etməmək qərarına gəlib:

“Bununla belə Nikol Paşinyan Aİİ-nin gələn ay Moskvada keçiriləcək yubiley sammitinə gedəcək. Maraqlıdır ki,  Ermənistanın baş naziri Aİİ sammitində iştirakdan imtina etmir. Çünki onun ölkəsinin quruma üzv olması respublikanın ayaqda qalmasına ciddi şəkildə təmin edir. Ona görə də KTMT-dən fərqli olaraq Ermənistanın Aİİ-dən çıxması sərfəli deyil. Bu, Ermənistanın fəlakətinə çevrilə bilər”.

Direktor Paşinyanla da bağlı fikirlərini bildirib:

“Paşinyan ölkəsi ilə bağlı heç nə qərar verə bilməz. Çünki, nəyi və necə edəcəyini, o cümlədən xarici siyasətlə bağlı qərarı Paşinyan özü vermir. Baş nazir sadəcə Qərblə bağladığı müqaviləni yerinə yetirir. O, hakimiyyətə tam Qərb maliyyəsi ilə gəlib. Onun bütün hazırkı komandası Qərb strukturlarında işləyirdi. Bugünkü Ermənistanın taleyini məhz Qərb müəyyən edib. Paşinyan heç bir məsələdə müstəqil deyil. Təsadüfi deyil ki, Paşinyan bu gün bir söz deyir, ertəsi günsə onun əksini söyləyir. Bu da Paşinyanın Qərb tərəfindən idarə olunmasının sübutudur”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO