CBC-nin dronu İrəvanın dağıdılmış tarixini lentə alıb - FOTO

CBC-nin dronu İrəvanın dağıdılmış tarixini lentə alıb - FOTO

Hazırda oxunan: CBC-nin dronu İrəvanın dağıdılmış tarixini lentə alıb - FOTO

171826

CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, çəkiliş qrupunun qarşısında duran vəzifə şəhərin əvvəllər azərbaycanlıların yaşadıqları tarixi yerlərini və məhəllələrini lentə almaq olub.

Etnik təmizləmədən sonra bu tarixi məkanlar Ermənistan hakimiyyəti tərəfindən dağıdılıb və dəyişikliyə məruz qalıb. 

CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub.
Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb. 

Bu, CBC telekanalının çəkiliş qrupunun Ermənistana ikinci səfəridir. 

Yeni sənədli filmdə CBC ekspedisiyasının İrəvanın əsl sakinləri haqqında tapdığı dəlillərdən bəhs edilir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO