Ermənistan Azərbaycandan təbii qaz alacaq?

Ermənistan Azərbaycandan təbii qaz alacaq?

Hazırda oxunan: Ermənistan Azərbaycandan təbii qaz alacaq?
618711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya qazının qiyməti artacağı təqdirdə Ermənistan Azərbaycan, İran və ya Türkmənistandan təbii qaz idxal etməyə başlaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan parlamentdə keçirdiyi brifinqdə bəyan edib.

Ermənistan rəsmisi qeyd edib ki, İrəvan qaz ixrac edən və Ermənistana nəql üçün lazımi infrastruktura malik olan bütün regional ölkələrin imkanlarını nəzərdən keçirir:

"Qonşu ərazilərdə alternativlər var: Azərbaycan, Türkmənistan və ya İran. Qaz satan və infrastrukturu bizə onlardan qaz almağa imkan verən bütün ölkələri, təbii ki, nəzərdən keçirəcəyik".

İstehlakçılar üçün tariflər dəyişməyəcək: Komissiya sədri onu da vurğulayıb ki, Rusiya qazının qiyməti bahalaşsa belə, Ermənistandakı daxili istehlakçılar üçün mövcud tariflər ən azı 2027-ci ilin əvvəlinə qədər dəyişməz olaraq qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO