DYP-dən hava şəraiti ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Hazırda oxunan: DYP-dən hava şəraiti ilə bağlı sürücülərə ÇAĞIRIŞ
206724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. 

BDYPİ-dən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə deyilir: 

"Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək. 

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusilə şəxsi avtomobillə dağlıq və dağətəyi rayonlara səfər edən, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz havalarda sürət həddini minimuma endirməyə, yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO