Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir

Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir

Hazırda oxunan: Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir
189318
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yüngül atletika üzrə 8 qat Olimpiya çempionu və 11 qat dünya çempionu, yamaykalı Useyn Bolt PSJ-nin hücumçusu Kilian Mbappe ilə yarışmaq istəyir.

Bizim.Media xəbər verir ki, o, bu, Madriddə (İspaniya) "Laureus World Sports Awards" mərasimi zamanı jurnalistlə dialoqunda bildirib.

Jurnalist: Useyn Bolt hansı futbolçu ilə yarışmaq istəyər?

Bolt: Mbappenin nə qədər sürətli olduğunu görmək istərdim.

Jurnalist: Sizcə, o, sizi məğlub edə bilərmi?

Bolt: Əlbəttə ki, yox. Amma onun göstəricilərimə nə qədər yaxın olduğunu görmək istərdim (gülür). Ümid edirəm ki, bir gün  saatı qurub 100 metr məsafədə qaçar.

Xatırladaq ki, Bolt çıxışları zamanı 8 dünya rekordunun müəllifi olmuşdu. O, ardıcıl üç Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 və 200 metr məsafələrə qaçışda qalib gələ bilən yeganə idmançıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO