Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib - FOTO

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib - FOTO

Hazırda oxunan: Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib - FOTO
188809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın bankçılıq missiyası işgüzar səfər çərçivəsində ABŞ-nin Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası (MTBA) ilə görüşüb.

Azərbaycan Mərkəzi Bankından (AMB) Bizim.Media-ya bildirilib ki, görüşdə MTBA tərəfindən ABŞ bankları ilə müxbir bank əlaqələrinin qurulması sahəsində ən yaxşı təcrübələrə dair praktiki sessiya keçirilib. 

Həmçinin iştirakçılarla ticarətin maliyyələşdirilməsi, ABŞ-nin bank sektorunda yeni inkişaf trendləri və maliyyə sektorunun gündəmində olan digər mühüm mövzular üzrə müzakirələr aparılıb.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ Xəzinədarlıq Departamentində keçirilib.

Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd edib ki, xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrdə iştirak edib.
“Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib”, - deyə T.Kazımov vurğulayıb.

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib - FOTO - foto 1
Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO