Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLİB - FOTO

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLİB - FOTO

Hazırda oxunan: Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLİB - FOTO
186465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasına səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, nazir Mikayıl Cabbarov Rusiyaya işgüzar səfəri çərçivəsində Rusiya Hökumətinin sədr müavini, sənaye və ticarət naziri Denis Manturov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Mərkəzi Bankın sədri Elvira Nabiullina, həmçinin Rusiyanın bir sıra şirkət və kommersiya qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Rusiyanın əlaqələrin inkişafına verdiyi böyük əhəmiyyət sayəsində iqtisadi əməkdaşlığın genişləndiyi vurğulanıb.

Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. 

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişaf gündəliyindəki məsələlərin müzakirə edildiyi görüşlərdə ticarət, nəqliyyat, sənaye, o cümlədən maşınqayırma, gəmiqayırma, əczaçılıq, innovasiyalar, süni intellekt əsaslı həllərin tətbiqi, maliyyə və digər sahələrdə dinamikanın artırılması üçün perspektivlər qeyd olunub.
Görüşlərdə Azərbaycanın qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye zonalarında sahibkarlara təqdim edilən güzəşt və stimullar, birgə layihələrin reallaşdırılması imkanları barədə məlumat verilib. Əməkdaşlığı təşviq edən mexanizmlərin təkmilləşdirilməsi, ikitərəfli maliyyə gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLİB - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO