Xaricdən yeni gətirilən avtomobillərin qiyməti BAHALAŞIB - VİDEO

Xaricdən yeni gətirilən avtomobillərin qiyməti BAHALAŞIB - VİDEO

Hazırda oxunan: Xaricdən yeni gətirilən avtomobillərin qiyməti BAHALAŞIB - VİDEO
149756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkəyə yeni gətirilən avtomobillərin qiymətində bahalaşma müşahidə edilir. Bazarda hazırda durğunluq yaşanır.

Bizim.Media xəbər verir ki, mövzuya nəqliyyat eksperti Eldəniz Cəfərov münasibət bildirib.

Onun sözlərinə görə, daşınma qiymətlərinin artması və digər amillər nəqliyyat vasitələrinin qiymətlərinə təsir edib:

“Ötən ayla müqayisədə avtomobil bazarında fəallıq aşağı düşüb. Köhnə avtomobillərə gəlincə, ötən ay əsasən buraxılış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində artım daha çox hiss olunub”.

Ekspertin fikrincə, bahalaşma müvəqqəti xarakter daşıyır:

“İli köhnə olan avtomobillərin utilizasiyası ilə bağlı qərarın təsdiqlənməsi ikinci əl avtomobil bazarında qiymətlərin enməsi ilə nəticələnəcək”.

Eldəniz Cəfərov qeyd edib ki, alıcılar hazırda mühərrik həcminə görə seçim edirlər:

“Daha çox mühərrik həcmi 1500-2000 kub santimetr olan avtomobillərə üstünlük verilir”.

Ekspert əlavə edib ki, bazarda durğunluğun əsas səbəblərindən biri də mövsümlə əlaqədardır:

“Avqust-sentyabr ayında yenidən canlanma müşahidə olunacaq”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO