
- A-
- A
- A+
"Minimum 6500 manat maaş alan həkimlər var" - TƏBİB-dən AÇIQLAMA
"Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis 15 TƏBİB tabeli tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.
Onun sözlərinə görə proqram çərçivəsində işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı isə 5000 manat təşkil edib:
"Həmçinin “Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB tabeliyində olan tibb müəssisələrinə orta tibb heyəti qismində işə qəbulu” layihəsi çərçivəsində 132 nəfər daimi işlə təmin edilib".
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































