Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı - Foto

Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı - Foto

Hazırda oxunan: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı - Foto
647593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Şükür Asif oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. 

Eyni zamanda, istehsal sahələrində gigiyenik tələblərin pozulduğu, məhsulların etiketlərində istehsalçı, suyun mənbəyi, istehsal və son istifadə tarixləri barədə məlumatların düzgün qeyd edilmədiyi aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib olunub, qablaşdırılmış məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. 

Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması barədə qərar qəbul edilib.

Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı - Foto - foto 1
Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı - Foto - foto 2
Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı - Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO