Məktəb və bağçalar payız-qış mövsümünə hazırdır?

Məktəb və bağçalar payız-qış mövsümünə hazırdır?

Hazırda oxunan: Məktəb və bağçalar payız-qış mövsümünə hazırdır?
647588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı tam nəzarətə götürülüb və qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülüb. 

Bizim.Media xəbər verir ki, məktəb və uşaq bağçalarının istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlər aparılıb, aşkarlanmış problemlərin səbəbləri müəyyənləşdirilərək aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb, zəruri hallarda dəstək üçün aidiyyəti qurumlara müraciət olunub. 

Təhsil müəssisələrinin binalarının dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılıb, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər həyata keçirilib.

Həmçinin payız-qış mövsümünə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin təsərrüfat üzrə məsul şəxslərinin iştirakı ilə görüşlər keçirilib. Görüşlərdə təhsil müəssisələrində istilik sistemlərinin qış mövsümünə hazırlığının yoxlanılması, sınaq istismarının keçirilməsi və bu proses zamanı təhlükəsizlik qaydalarına riayət olunması barədə ətraflı məlumat verilib.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün BŞTİ-nin Çağrı Mərkəzi (146-1) ilə əlaqə yaratmaq mümkündür.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 254-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 335-i fərdi qazanxana vasitəsilə, 8-i fərdi və mərkəzləşdirilmiş qaydada, 119-u kombi sistemi vasitəsilə istiliklə təchiz edilir.

Onu da qeyd edək ki, təhsil müəssisələrinin istilik təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il ənənəvi olaraq noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO