
- A-
- A
- A+
Almaniya üçün yeni dövr başlayır – Dövlət büdcəsində 210 milyard avroluq borc
Almaniya 2027-ci il üçün dövlət büdcəsi çərçivəsində 210 milyard avrodan çox yeni borclanma nəzərdə tutur. Bu göstərici İkinci Dünya müharibəsindən sonra ölkənin ən yüksək borclanma səviyyələrindən biri olacaq.
Bizim.Media xəbər verir ki, "Reuters"in məlumatına görə, Almaniya parlamentinin büdcə komitəsi 2027-ci ilin büdcə layihəsini yekunlaşdırıb. Sənədə əsasən, dövlət xərclərinin ümumi həcmi 561 milyard avro, investisiya xərcləri isə 62 milyard avro təşkil edəcək.
Yeni borclanmanın ümumi məbləği 210,4 milyard avro olaraq müəyyənləşdirilib. Bu, COVID-19 pandemiyası dövründə qeydə alınmış 215,4 milyard avroluq rekord göstəricidən bir qədər aşağıdır.
Büdcənin hazırlanması zamanı hakim koalisiya daxilində bir sıra məsələlər üzrə razılıq əldə etmək çətin olub. Plastik qablaşdırmaya verginin tətbiqi planından imtina edilib, şəkərli içkilərə verginin tətbiqi isə 2028-ci ilə təxirə salınıb.
Eyni zamanda, elektrik enerjisi vergisinin azaldılması ilə bağlı plan da təxirə salınıb. Aşağı gəlirli ailələrin uşaqları üçün nəzərdə tutulan sosial müavinətlərin azaldılması planına isə yenidən baxılıb.
Almaniya hökumətinin əsas prioritetləri arasında ölkənin infrastrukturunun yenilənməsi, müdafiə potensialının gücləndirilməsi və iqtisadi rəqabət qabiliyyətinin artırılması yer alır.
Büdcə layihəsi Almaniyanın iqtisadi və təhlükəsizlik siyasətində dövlət investisiyalarının rolunun artdığını göstərir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































