Kosmosdan gələn naməlum siqnallar alimləri şoka saldı – Sensasion kəşf

Kosmosdan gələn naməlum siqnallar alimləri şoka saldı – Sensasion kəşf

Hazırda oxunan: Kosmosdan gələn naməlum siqnallar alimləri şoka saldı – Sensasion kəşf
647572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstraliyanın Kurtin Universitetində fəaliyyət göstərən Beynəlxalq Radioastronomiya Tədqiqatları Mərkəzinin (ICRAR) alimləri sirli radio siqnallarının mənbəyini müəyyən ediblər. 

Bizim.Media “Curtin.edu” nəşrinə istinadən xəbər verir ki, tədqiqatçılar bu siqnalların hər səkkiz dəqiqədən bir fırlanan ölü ulduzla Günəşə bənzər başqa bir ulduzun qeyri-adi yaxınlaşmasından qaynaqlandığını aşkarlayıblar.
 

GPM J071507−114153 adlandırılan yeni sistem bir-birinin ətrafında fırlanan iki ulduzdan ibarətdir. Onlardan biri “ağ cırtdan” – ömrünü başa vurmuş ulduzun son dərəcə sıx nüvəsi, digəri isə Günəşə bənzər G tipli ulduzdur.


Bu, ağ cırtdanın Günəşə bənzər ulduzun ətrafında fırlandığı sistemdən radio impulslarının ilk dəfə qeydə alınmasıdır. Adətən belə siqnallar daha kiçik və nisbətən soyuq “qırmızı cırtdan” ulduzların iştirak etdiyi sistemlərdə müşahidə olunur. 

Buna görə də yeni kəşf astronomiyada mühüm yenilik hesab edilir.

Bu cür ulduz cütlükləri uzunperiodlu keçici radio mənbələri (LPT) adlanan daha geniş obyektlər sinfinə daxildir. Onlar bir neçə dəqiqədən bir neçə saata qədər davam edən fasilələrlə radio siqnalları yayır. 2021-ci ildə həmin mərkəzin alimləri tərəfindən ilk belə obyekt aşkar edildikdən sonra indiyədək təxminən onlarla oxşar sistem müəyyənləşdirilib. Bununla belə, astronomlar onların fəaliyyət mexanizmini hələ də tam aydınlaşdıra bilməyiblər.

Əvvəllər aşkarlanan bir neçə LPT sistemində də ağ cırtdan və başqa bir ulduzun mövcudluğu müəyyən edilsə də, radio impulslarının məhz hansı ulduz tərəfindən yaradıldığı məlum deyildi.

Tədqiqatın əsas müəllifi Sem Maksvini bildirib ki, yeni müşahidələr radio impulslarının mənbəyini dəqiqləşdirməyə imkan verib.

“Bu, impulsların ağ cırtdanın öz ulduz yoldaşı ətrafında hərəkətini müşahidə etməyə imkan verəcək qədər aydın qeydə alındığı ilk haldır. Beləliklə, pulsasiyaların ağ cırtdanın yaxınlığındakı bölgədən, yaxud birbaşa onun özündən qaynaqlandığını bilirik”, – deyə alim vurğulayıb.
 

Məqalənin həmmüəllifi, dosent Nataşa Hörli-Uolker isə bildirib ki, ağ cırtdanın yaydığı impulslar alimlərə Günəşə bənzər digər ulduzda baş verən parlamaları da aşkar etməyə imkan verib. Bu hadisələr Yer kürəsində qütb parıltılarına səbəb olan proseslərə bənzəyir.


“Bundan əlavə, ağ cırtdanın güclü maqnit sahəsinə malik bir bölgənin arxasından keçdiyini də müşahidə etdik. Bu, böyük ehtimalla, ulduzun səthindən qopan plazmanın yaratdığı nəhəng qövs – ulduz prominensiyasıdır”, – deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO