Suriya ABŞ vətəndaşları üçün viza qaydalarını yenə dəyişdi

Suriya ABŞ vətəndaşları üçün viza qaydalarını yenə dəyişdi

Hazırda oxunan: Suriya ABŞ vətəndaşları üçün viza qaydalarını yenə dəyişdi
647598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriya hakimiyyəti ABŞ vətəndaşlarına ölkəyə gəldikdən sonra viza almaq hüququnu yenidən bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə Suriya Limanlar və Sərhəd Keçidləri İdarəsinin nümayəndəsi məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarının Suriyaya giriş qaydaları əvvəlki vəziyyətinə qaytarılıb. Daxili İşlər Nazirliyinin bir neçə gün əvvəl tətbiq etdiyi əvvəlcədən icazə almaq tələbi ləğv edilib.

Bildirilib ki, avropalılar da daxil olmaqla, digər ölkələrin turistləri üçün giriş qaydalarında heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında hakimiyyət dəyişikliyindən sonra Suriyanın yeni hökuməti Qərb ölkələrindən gələn turistlər üçün sərhəddə, o cümlədən Dəməşq hava limanında və quru sərhəd-keçid məntəqələrində viza almaq imkanını yaradıb.

Lakin bu həftə ABŞ vətəndaşlarının əvvəlcədən rəsmiləşdirilmiş sənədlər olmadan ölkəyə girişinə qəfil məhdudiyyət qoyulub. Bir neçə amerikalı turist sosial şəbəkələrdə sərhəddən geri qaytarıldıqlarını bildiriblər.

Suriya Turizm Nazirliyinin məlumatına görə, ölkəyə xarici turistlərin marağı sürətlə artır. 2026-cı ilin ilk altı ayında Suriyaya ərəb ölkələrindən gələnlər istisna olmaqla, 719 min turist səfər edib.

2025-ci il ərzində isə bu göstərici cəmi 131 min nəfər olub.

Rəsmilər turist axınının artmasını beynəlxalq aviareyslərin bərpası və əvvəllər Dəməşqə qarşı tətbiq edilən Qərb sanksiyalarının ləğvi ilə əlaqələndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO