Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO
272066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qəzzada baş verənlər insanlığa ləkədir. Hər şey gözümüzün önündə olur. Soyqırımı dünya mediası və sosial media vasitəsilə yayılır. Qəzzada insanlara yardım üçün qaçan 500 nəfər öldürülüb. Bunların 326-sı BMT təmsilçisidir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı söyləyib.

O bildirib ki, insanlıq tarixi son bir əsrdə belə vəhşilik görməyib:

“Qəzzada müharibə yoxdur, burada iki tərəfdən söhbət gedə bilməz. Bir tərəfdə bioloji silahlarla silahlanmış ordu, digər tərəfdə məsum insanlar, uşaqlardır. Bu, terrorla mübarizə deyil”.

Ərdoğanın sözlərinə görə, Qəzzada atəşkəs tez bir zamanda bərpa olmalı, hücumlar dayandırılmalı və humanitar yardımın çatdırılması təmin edilməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO