Putin: “Malayziyanın baş naziri tapmacaya əsl müsəlman kimi cavab verdi” - VİDEO

Putin: “Malayziyanın baş naziri tapmacaya əsl müsəlman kimi cavab verdi” - VİDEO

Hazırda oxunan: Putin: “Malayziyanın baş naziri tapmacaya əsl müsəlman kimi cavab verdi” - VİDEO
249360
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Malayziyanın baş naziri Ənvər İbrahimlə birgə Kreml sarayını gəzərkən aralarında yaşanan maraqlı dialoqu bölüşüb.

Bizim.Media xəbər verir ki, Putin bu barədə birgə keçirilən mətbuat konfransı zamanı danışıb.
 

"Baş nazirə Müqəddəs Andrey zalı haqqında məlumat verdim. Orada üç taxt yerləşdirilib. Mən nazirə belə bir tapmaca dedim. Həmin taxtlardan biri kral üçün, ikincisi onun arvadı kraliça üçündür. Sizcə üçüncü taxt kimin üçündür?


Baş nazir isə heç tərəddüd etmədən "İkinci arvad üçündür" cavabını verdi. Bu, əsl müsəlmanın cavabıdır", - Putin mətbuat konfransında jurnalistlərə deyib.

Rusiya liderinin bu açıqlaması zalda əyləşən rəsmiləri və Ənvər İbrahimi güldürüb.

Qeyd edək ki, Kremldə keçirilən görüşdə Malayziyanın baş naziri və Rusiya prezidenti ikitərəfli siyasi və ticarət-iqtisadi əməkdaşlığı, eləcə də dünyadakı vəziyyəti müzakirə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO