Bakıda 5 nəfər restorana hücum etdi: Yaralanan var – VİDEO

Bakıda 5 nəfər restorana hücum etdi: Yaralanan var – VİDEO

Hazırda oxunan: Bakıda 5 nəfər restorana hücum etdi: Yaralanan var – VİDEO
229815
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" restoranına qrup şəkilində kəsici və deşici alətlərlə hücum olub.

Bizim.Media “Bakues.az”a istinadla xəbər verir ki, hücum edən şəxslər sözügedən qəsəbə sakinləridir. 
 

Restorana hücum edən 5 nəfər - Fariz Arif oğlu Qədirov, Sübhan Qədirov, Ağa Qədirov və kimliyi bilinməyən iki nəfər olub. 


Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, həmçinin müştəriləri döydükləri iddia olunub. 

Şahidlərin sözlərinə görə, qeyd olunan şəxslər restorana hücum zamanı obyektin işlədilməsinə icazə verməyəcəklərini bildiriblər. 

Hücum nəticəsində restorana 25 min manata qədər maddi ziyan dəyib. Restoranı işlədən şəxs ayağından yaralanıb. O, həyatının təhlükə altında olduğunu bildirib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO