23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – Foto

23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – Foto

Hazırda oxunan: 23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – Foto
648332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
 

Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar. Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib.


18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gəliblər və dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prolkurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – Foto - foto 1
23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – Foto - foto 2
23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – Foto - foto 3
23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – Foto - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO