Bakıda heykəli niyə cilalayırlar? - RƏSMİ AÇIQLAMA/VİDEO  

Bakıda heykəli niyə cilalayırlar? - RƏSMİ AÇIQLAMA/VİDEO  

Hazırda oxunan: Bakıda heykəli niyə cilalayırlar? - RƏSMİ AÇIQLAMA/VİDEO  
203111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkədə Qara Qarayevin Nizami Kinoteatrı yaxınlığındakı abidəsinin cilalanmasına dair görüntülər yayılıb. 

Bizim.Media-nın məlumatına görə, məsələ ilə əlaqadar Mədəniyyət Nazirliyindən “apa.az”a bildirilib ki, nazirlik tərəfindən bu prosesə mütəxəssislər cəlb olunub. 

“İşin icrası isə özəl bərpa şirkəti və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir. Ekspertlər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltəraş- bərpaçı Fərman Qasımov, heykəltəraş Orxan Nəbizadə prosesi nəzarətdə saxlayırlar”. 

Bildirilib ki, qırmızı qranitdən işlənmiş Qara Qarayev abidəsinin heykəl və plint hissəsində sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmiş detalların dəyişdirilməsi və restavrasiya edilməsi işləri icra edilir.
Yenilənmiş hissələrin mövcud hissələrlə eynilik təşkil etməsi üçün müəyyən yumşaq üsullu cilalama işləri icra edilir. Narahatlığa heç bir əsas yoxdur”, - sorğuya cavabda vurğulanır. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO