Bayden yenə ÇAŞDI: Bu dəfə qurumları qarışdırdı – ANBAAN VİDEO 

Bayden yenə ÇAŞDI: Bu dəfə qurumları qarışdırdı – ANBAAN VİDEO 

Hazırda oxunan: Bayden yenə ÇAŞDI: Bu dəfə qurumları qarışdırdı – ANBAAN VİDEO 

114113

ABŞ Prezidenti Co Bayden Texasa səfəri zamanı “Salvation Army” (“Qurtuluş Ordusu”) xeyriyyə təşkilatını ABŞ Gizli Xidməti ilə səhv salıb. 

Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinə səfəri zamanı “Qurtuluş Ordusu”nun nümayəndəsi ilə danışdığını əks etdirən video yayılıb.  

Videoda Baydenin sözlərindən aydın olur ki, o, həmin qurumu bir digəri ilə qarışdırıb. 

“Mən Gizli Xidmətlə birlikdə Polşa və Ukraynada müəyyən zaman keçirdim”, - deyə o bildirib. Sonra “Gizli Xidmət” ifadəsini təkrarlayıb. 
“Burada isə bizim “Qurtuluş Ordusu”ndan olan uşaqlar var”, - deyə ABŞ administrasiyasının rəhbərinə həmsöhbətinin kim olduğu xatırladılıb. 

Qeyd edilib ki, “Qurtuluş Ordusu” xristian xeyriyyə təşkilatıdır. 
 


Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO