Azərbaycanlı blogerin mənzili və avtomobilləri əlindən alınacaq?

Azərbaycanlı blogerin mənzili və avtomobilləri əlindən alınacaq?

Hazırda oxunan: Azərbaycanlı blogerin mənzili və avtomobilləri əlindən alınacaq?
199775
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənovun başı problemdən açılmır.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, vergi orqanları Hüseyn Həsənovun əmlakını ələ keçirməyə çalışır. 

Federal Vergi Xidməti məhkəmə yolu ilə Moskva şəhərində iki lüks avtomobil və mənzili əlindən almaq istəyir. 
Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin fərdi sahibkar Hüseyn Həsənova müraciəti üzrə icraata başlayıb. 

Xidmət onun əlindən bunları almaq istəyir:

- Neva Towers "Moscow City"də 124 kvadratmetr sahəsi olan mənzil (bazar dəyəri 150 milyon rubla çatır)

- 2020-cu il buraxılışı olan “Rolls-Royce Cullinan” avromobili (bazar dəyəri 50 milyona rubla çatır)

- 2022-ci il buraxılışı olan “Chevrolet Tahoe” avtomobili (bazar dəyəri 11 milyon rubla çatır).

Məlumata görə, bütün məsələ blogerin Federal Vergi Xidmətinə külli miqdarda yaranan borcudur: Hüseyn Həsənovun vergi orqanlarına 128,5 milyon rubl borcu var.

Azərbaycanlı blogerin mənzili və avtomobilləri əlindən alınacaq? - foto 1
Azərbaycanlı blogerin mənzili və avtomobilləri əlindən alınacaq? - foto 2
Azərbaycanlı blogerin mənzili və avtomobilləri əlindən alınacaq? - foto 3

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO