Rusiyalı müğənnidən həyat yoldaşına son mesaj: "Cəsədimi.. " - FOTO-VİDEO

Hazırda oxunan: Rusiyalı müğənnidən həyat yoldaşına son mesaj: "Cəsədimi.. " - FOTO-VİDEO

186337

Rusiyanın opera və estrada müğənnisi, “Qolos” (“Səs” yarışması) şousunun iştirakçısı Yevgeni Kunqurov Moskvanın mərkəzində intihar edib. 

Bizim.Media xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb. 

Xilasedicilər onun cəsədini paytaxtın “Presnenski” rayonundakı evində tapıblar. 

Məlum olub ki, axşam saat 7-nin yarısında mərhumun həyat yoldaşı kömək üçün xilasedicilərə müraciət edib, çünki müğənni ona intiharla hədələyən mesaj göndərib.  

O, “cəsədimi sabah vannada tapacaqsan” sözlərini yazıb, bundan sonra zənglərə cavab verməyib.  

Kunqurovun psixi problemlərin olduğu bildirilib. O, qeydiyyatda olmayıb, özəl klinikalardan birində psixiatr tərəfindən müşahidə olunub. 

Qeyd edək ki, Yevgeni Kunqurov Rusiya Federasiyasının, Çeçenistan Respublikasının və İnquşetiyanın “Əməkdar artist”idir. Kalininqrad Musiqili Teatrının daimi solisti və Yeni Opera Teatrının çağırılmış solistidir. Onun iki yaşlı qızı və səkkiz yaşlı oğlu qalıb. 








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO