Nadir: "İstanbuldakı evimi ərəblər elə hala salmışdılar ki, görəndə 1 saat ağladım" - VİDEO

Hazırda oxunan: Nadir: "İstanbuldakı evimi ərəblər elə hala salmışdılar ki, görəndə 1 saat ağladım" - VİDEO

186296

Müğənni Nadir Qafarzadənin Türkiyədəki evi başına bəla olub.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində danışıb.

İstanbulun mərkəzində yerləşən yüksəkmərtəbəli binaların birində 31-ci mərtəbədə 165 kv.m-lik mənzil alan Nadir uzun müddət oranı xarici vətənfaşlara kirayə verib. Qafarzadə bildirib ki, evində kirayə qalan ərəblər oranı bərbad vəziyyətə salıblar:

"Bəli, mən İstanbulda göydələnlərin birində mənzil almışdım. Amma o evi dəyər-dəyməzinə satmaq məcburiyyətində qaldım. Bir müddət özümüz orada ailəlikcə qaldıq, daha sonra isə qərara gəldik ki, mənzili kirayə verək. Bir müddət orada ərəblər yaşadı. Amma ərəblər oranı bərbad vəziyyətə saldılar. Bakıdan İstanbula getdim ki, evimi təhvil alım. Mənzilimi orada fəaliyyət göstərən bir şirkətə vermişdim. Onlar da öz növbəsində evimi müqavilə əsasında ərəblərə kirayə verirdilər. 

Mənzilimə görəndə dizlərimi yerə atıb, düz 1 saat ağladım. Məcburiyyətdən ustalar çağırmalı oldum. Orada isə ustalar çox baha hansısa işləri görürlər. Təsəvvür edin ki, ərəblər mənzildəki divanın üzərində düymələri qopardıb, oraya qənd basmışdılar. 
Mətbəx və ayaqyolunu "it günü"nə qoymuşdular. Oranın təmirinə külli miqdarda pul xərcləmişdim. Bizim ölkə olmadığı üçün ehtiyyat edirsən. Nə isə də deyəndə deyirlər ki, “səndədir səhv”. Dedim ki, sizin pulunuz mənə lazım deyil. Kişinin pulu gözünün qabağında olar. O evi dəyər-dəyməzinə və acığa satdım. Kim nə qədər pul verdisə, ilk elə ona satdım. Mənzil 165 kv.m idi və 31-ci mərtəbədə yerləşirdi. Bu mənzili isə mən 2014-cü ildə və çox baha qiymətə almışdım".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO