Hüseyn Həsənov Dubaydan özünə lüks avtomobil aldı - FOTO/VİDEO

Hüseyn Həsənov Dubaydan özünə lüks avtomobil aldı - FOTO/VİDEO

Hazırda oxunan: Hüseyn Həsənov Dubaydan özünə lüks avtomobil aldı - FOTO/VİDEO

181603

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı iş adamı və video bloger Hüseyn Həsənov özünə yeni lüks avtomobil alıb.

Bizim.Media xəbər verir ki, şəxsi qarajını yeniləyən Hüseyn salonu narıncı özü isə boz rəngdə "Brabus MB-G 900" markalı bahalı nəqliyyat vasitəsinə sahiblənib.

Hazırda Dubay şəhərində olan Həsənov avtomobilinə əyləşərək, salonundakı yapışqan lentləri çıxarıb. Bloger həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Hüseyn "Ailəmə xoş gəldin, "Brabus MB-G 900". Hər kəsə belə bir avtomobildən öz qarajında olmasını arzulayıram" sözlərini yazıb.

Qeyd edək ki, sözügedən lüks avtomobilin qiyməti 1,6 milyon avrodur (təxminən 2,9 milyon manat).

Xatırladaq ki, Hüseyn Həsənovun şəxsi qarajında “Lamborghini Urus” - 548 min manat, “Rolls-Royce Cullinan” - 685 min manat, “Lamborghini Aventador” - 550 min manat, “Mercedes-AMG G63” - 822 min manat avtomobilləri var. Bloger qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb. Onun Dubaydan aldığı sonuncu “Bugatti Chiron Super Sport” avtomobilinin qiyməti isə 3.8 milyon avrodur (təxminən 6.8 milyon manat).
 





Rəşad Əliyev, Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO