Hüseyn Moskva və Bakıdakı mənzillərini NÜMAYİŞ ETDİRDİ: “Hələki evsizəm” - FOTO/VİDEO

Hüseyn Moskva və Bakıdakı mənzillərini NÜMAYİŞ ETDİRDİ: “Hələki evsizəm” - FOTO/VİDEO

Hazırda oxunan: Hüseyn Moskva və Bakıdakı mənzillərini NÜMAYİŞ ETDİRDİ: “Hələki evsizəm” - FOTO/VİDEO

181123

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov Rusiyada və Azərbaycandakı evlərini nümayiş etdirib. 

Bizim.Media xəbər verir ki, Həsənov hazırda təmir işləri getdiyi Moskvanın “Moscow City Tower”dəki 4 otaqlı və eyni zamanda Bakının Nardaran kəndində yerləşən binaların birindəki 2 otaqlı studiya - mənzilini nümayiş edib. 

İzləyicisinin “Nəticədə indi sən harada yaşayırsan - Moskvada yoxsa Dubayda?” sualına Hüseyn mənzillərinin ustalar tərəfindən çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşaraq “Moskvadaki evimdə sürətli şəkildə təmir işləri gedir. Bu isə Bakıdaki evimdir. Qısa olaraq bildirim ki, hazırda mən evsizəm (gülür). Hər yerdə təmir gedir” cavabını verib. 
Qeyd edək ki, bir müddət əvvəl H.Həsənov Dubayda özünə aldığı dəbdəbəli mənzilini nümayiş etdirmişdi. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO