Polad Bülbüloğlu Kamil Zeynallıya zəng vurub - FOTO

Polad Bülbüloğlu Kamil Zeynallıya zəng vurub - FOTO

Hazırda oxunan: Polad Bülbüloğlu Kamil Zeynallıya zəng vurub - FOTO
179147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvanın “Domodevo” hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında məsələ ilə bağlı daha bir açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kamil Zeynallı Rusiyada saxlanıldı - VİDEO


Tolik bildirib ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil Zeynallı ilə əlaqə saxlayıb: 

“Hamınız Kamil Zeynallı ilə maraqlanırsınız. Gecə Kamillə “whatsapp” vasitəsi ilə danışmışam. Onun dediyinə görə, Ermənistanın Hərbi Prokurorluğu onu axtarışa verib. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu şəxsən özü Kamil Zeynallıya zəng vurub və ondan bütün məlumatları alıb”. 

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Gununsesi.info-ya açıqlamasında  “Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik.

Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq. Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yanına göndərmişik. Səfirlik üzərinə düşən hər şeyi edir” bildirib. 
Qeyd edək ki, Kamil Zeynallı müğənni Gülay Zeynallı ilə ailəlidir. Cütlüyün Sahilə adlı bir qız övladı var. 

Polad Bülbüloğlu Kamil Zeynallıya zəng vurub - FOTO - foto 1

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO