Filipp Kirkorov alış-veriş mərkəzi TİKİR  

Filipp Kirkorov alış-veriş mərkəzi TİKİR  

Hazırda oxunan: Filipp Kirkorov alış-veriş mərkəzi TİKİR  

142349

Rusiyanın Xalq artisti Filipp Kirkorovun inşaat sahəsinə külli miqdarda vəsait sərmayə qoyduğu üzə çıxıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçinin Sankt-Peterburqun Leninqrad vilayətinin Vsevolojsk rayonunda böyük alış-veriş mərkəzi tikməsinə icazə verilib. “Mayın 31-də şirkət tikintiyə icazə almaq üçün sənədləri təqdim edib.

Dünən isə şirkətə icazə verilib. Demək olar ki, bu layihə Leninqrad vilayətində həyata keçirilməyə başlayıb”, - deyə şəhərin qubernatoru Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib. 

Qeyd edək ki, “Building Solutions” şirkəti və Leninqrad vilayətinin administrasiyası “SPİEF-2022“ çərçivəsində regionun Vsevolojsk rayonunda ticarət-əyləncə kompleksinin tikintisinə dair müqavilə imzalayıb.

Layihəyə sərmayələr 1,7 milyard rubl həcmində qiymətləndirilir. Sonradan Kirkorov şirkətin nizamnamə kapitalının 30%-nin ortaq sahibi olub. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO