
- A-
- A
- A+
Şoutaym
16:36 / 04.05.2023
1 dəq oxunma
“Avroviziya"da səsverməni o ELAN EDƏCƏK
Hazırda oxunan: “Avroviziya"da səsverməni o ELAN EDƏCƏK
134341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb.
Bizim.Media xəbər verir ki, yarışmada iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai Televiziyanın məşhur aparıcısı Nərmin Salmanova elan edəcək.
Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 13-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək.
Verilən xallar isə müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































