Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi - 1 milyard dollaradək... 

Hazırda oxunan: Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi - 1 milyard dollaradək... 

78063

2022-ci ilin birinci rübündə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi üç dəfə artıb. 

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın "QazTrade" şirkətinin baş direktoru Azamat Askarulı Qazaxıstan istehsalçılarının biznes missiyası çərçivəsində deyib. 

“Bu ilin yanvar-mart aylarında ölkələr arasında ticarət dövriyyəsi 100 milyon dollara çatıb. Əminəm ki, ilin sonunadək bu göstərici 500 milyon dollara, perspektivdə isə bir milyard dollaradək çata bilər", - deyə o bildirib. 

Baş direktor vurğulayıb ki, Azərbaycana Qazaxıstandan əsasən polad və metal məmulatları, dəmiryol texnikası, lokomotivlər, buğda tədarük olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO