Qafqaz - İberoamerika Düşüncə Mərkəzi biznes forumda – FOTO-VİDEO

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi biznes forumda – FOTO-VİDEO

Hazırda oxunan: Qafqaz - İberoamerika Düşüncə Mərkəzi biznes forumda – FOTO-VİDEO

75058

Xəbər verdiyimiz kimi, dünən Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib. Forumda Qafqaz - İberoamerika Düşüncə Mərkəzi də təmsil olunub. 

Bizim.Media xəbər verir ki, Mərkəzin rəhbəri Mahir Qurbanov forum çərçivəsində müxtəlif Avropa şirkətlərilə fikir mübadiləsi aparıb.

O, eyni zamanda ispan dilli ölkələrlə bir mərkəz olaraq aparılan işlər barədə yerli və beynəlxalq ekspertlərə ətraflı məlumat verib.

Xatırladaq ki, Avropa İttifaqı-Azərbaycan biznes forumunda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Aİ-Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes və investisiya mühitindən məmnunluğunu ifadə edib.
Bildirilib ki, tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. 

Yeni layihələrin icrasının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən səfir Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib.  

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb, tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. 
Forumda ekspertlərin rəyləri dinlənilib, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO