II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda mühüm sənədlər imzalandı – SİYAHI/FOTO

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda mühüm sənədlər imzalandı – SİYAHI/FOTO

Hazırda oxunan: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda mühüm sənədlər imzalandı – SİYAHI/FOTO

638674

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb.

Bizim.Media xəbər verir ki, forum çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 12 sənəd və sazişlər imzalanıb.

İmzalanan sənədlər arasında aşağıdakılar yer alıb:

Tikinti və inkişaf sahəsində əməkdaşlıq – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov və “ROX Group” Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini tərəfindən imzalanıb.
 

Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq – Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “ROX Group” Səhmdar Cəmiyyətinin icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən imzalanıb.


Yeni texnologiya əsasında silisium karbidi, silisium oksidi və silisium istehsalı – Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Inovest AFEZCO” şirkətinin təsisçisi Vitali Yevdokimenko tərəfindən imzalanıb.

ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Stuçlik tərəfindən imzalanıb.

Ağdam Quşçuluq Layihəsi – Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “AgroDairy” MMC-nin baş direktoru Niyazi Əmirbəyov, “AGROFERT, a.s.” şirkətinin İdarə Heyəti sədrinin müavini Petr Çinqr və İdarə Heyətinin üzvü Libor Nemeçek tərəfindən imzalanıb.

Baytarlıq vaksinlərinin istehsalı layihəsi – Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.” şirkətinin direktoru Abdullah Tutak tərəfindən imzalanıb.
 

Əczaçılıq istehsalı müəssisəsinin yaradılması – Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “Saneca Pharmaceuticals, a.s.” şirkətinin maliyyə direktoru Ondrej Draqun tərəfindən imzalanıb.


Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “AzərTürk Bank” ASC-də nəzarət hüququ verməyən payın əldə edilməsi – Azərbaycan İnvestisiya Holdinqinin İcraçı direktorunun səlahiyyətlərini icra edən Dəyanət Sadullayev və Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri Saif Əl-Mahruqi tərəfindən imzalanıb.

“Esyasoft”, SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq – SOCAR prezidenti Rövşən Nəcəf, “Esyasoft”un nümayəndəsi Bipin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən imzalanıb.

SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf və İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo tərəfindən imzalanıb.

Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “UkraineInvest”in icraçı direktoru Maryna Xlystun tərəfindən imzalanıb.

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə “Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma Memorandumu – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azər Bayramov və Microsoft-un Rumıniya, Moldova və MDB ölkələri üzrə baş direktoru Qabriela Popesku tərəfindən imzalanıb.




















Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO