Boçorişvili: “Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər region üçün vacibdir”

Boçorişvili: “Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər region üçün vacibdir”

Hazırda oxunan: Boçorişvili: “Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər region üçün vacibdir”

638595

Azərbaycan-Ermənistan sülh prosesindəki son irəliləyişlər hər iki ölkə və bütövlükdə Cənubi Qafqaz üçün vacibdir.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, daha dinc və proqnozlaşdırılan Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya, əməkdaşlıq və regional bağlantı üçün daha böyük imkanlar yaradacaq.

Nazir qeyd edib ki, Gürcüstan regionu daha geniş beynəlxalq bazarlarla birləşdirən infrastruktur və bağlantı layihələrinə investisiya yatırır. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin güclənməsi bu imkanları daha da genişləndirə və bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO