Qazaxıstanda itkin düşən hərbçilərin gecə-gündüz axtarılması TAPŞIRILDI

Qazaxıstanda itkin düşən hərbçilərin gecə-gündüz axtarılması TAPŞIRILDI

Hazırda oxunan: Qazaxıstanda itkin düşən hərbçilərin gecə-gündüz axtarılması TAPŞIRILDI
638591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı itkin düşən iki hərbçinin axtarışları davam etdirilir.

Bizim.Media Manqistau vilayətinin Akimliyinə istinadla xəbər verir ki, Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyası fövqəladə hadisə yerində işini davam etdirir.
 

Kanat Bozumbayev bütün zəruri qüvvə və vasitələrin cəlb olunması ilə itkin düşən hərbçilərin fasiləsiz, gecə-gündüz axtarılmasını tapşırıb. Həlak olan hərbçilərin ailələrinə zəruri maddi və digər yardımların göstərilməsi də tapşırılıb.


Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçini dənizdə axın aparıb.

Onlardan 12-si həlak olub, 3 nəfəri xilas etmək mümkün olub. Digər iki hərbçinin axtarışları davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO