“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu

“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu

Hazırda oxunan: “Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu

638630

Çoxdan gözlənilən “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Yeni telefonların ilk sahibi olmaq istəyənlər sentyabrın 24-dən 25-nə keçən gecə “Kontakt”ın İnşaatçılar mağazasına axın ediblər. Qafqazın ilk rəsmi “Apple Shop”unun yerləşdiyi mağazada satışlar saat 00:01-də başlayıb.

Gecə yarısı ölkənin aparıcı pərakəndə satış şəbəkəsi “Kontakt”da əsl “iPhone” həyəcanı yaşanıb. Şəbəkə 4-cü il ardıcıl satış rekordunu yeniləyib.

Ön sifariş üçün həmin günə ayrılmış bütün “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri saatlar içində öz sahibini tapıb.

Rəng seçimində də maraqlı mənzərə yaranıb: “Burgundy” və “Black” ilk gündən alıcıların favoritinə çevrilib. “Kontakt”ın hazırladığı hədiyyələr isə, yeni telefon sevincinə əlavə rəng qatıb.
 

Hər iki modelin rəng və yaddaş variantları müntəzəm olaraq yenilənir. Yeni “iPhone” istəyənlər “Kontakt” mağazalarına və kontakt.az saytına üz tuta bilərlər. Modellər 18 ay faizsiz, ayda 199 manat 44 qəpikdən başlayan ödənişlərlə təklif olunur. Alışı onlayn kreditlə də rəsmiləşdirmək mümkündür.


kontakt.az üzərindən sifariş verənlər üçün alış prosesi daha da rahatdır. Çatdırılma pulsuzdur, şərtlərə uyğun məhsullar, əsasən də smartfonlar 2 saat ərzində ünvana çatdırılır. Onlayn alınan məhsulu isə qablaşdırması zədələnmədiyi halda 30 gün ərzində qaytarmaq mümkündür.

“Kontakt”da bütün brend və tərəfdaşlar rəsmidir, məhsullar rəsmi zəmanətlə satılır. Üstəlik, eyni məhsul digər rəsmi dilerdə daha ucuz olarsa, qiymət fərqinin 120%-i müştəriyə qaytarılır.

Xatırladaq ki, “Kontakt” Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir. “İnşaatçılar” və “Bakıxanov stansiyası” mağazalarındakı rəsmi “Apple Shop”larda alıcılar cihazlarla yaxından tanış ola bilərlər. Burada “Apple” məhsulları vahid ekosistem şəklində nümayiş olunur. Ziyarətçilər onların bir-biri ilə necə işlədiyini yerində sınaqdan keçirir, brendin beynəlxalq təlimlərini keçmiş ekspertlərdən seçim və istifadə ilə bağlı məsləhət alırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO