Dövlət qulluğu sertifikatı olanların NƏZƏRİNƏ

Dövlət qulluğu sertifikatı olanların NƏZƏRİNƏ

Hazırda oxunan: Dövlət qulluğu sertifikatı olanların NƏZƏRİNƏ

638638

Etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"nın hüquqi qüvvəsi qorunacaq.

Bizim.Media xəbər verir ki, Milli Məclisdə yeni Dövlət Qulluğu Məcəlləsi müzakirəyə çıxarılıb.
 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsində "Dövlət qulluğu sertifikatı"na malik şəxslərin sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəkləri təsbit olunub.


Belə ki, Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.

Qeyd edək ki, Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi gündən “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluqçuların vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında”, “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydalkarı haqqında” qanunlar ləğv ediləcək. 

Həmçinin, digər normativ hüquqi aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO