Burada 34 il sonra ilk körpə dünyaya gəldi - Foto

Burada 34 il sonra ilk körpə dünyaya gəldi - Foto

Hazırda oxunan: Burada 34 il sonra ilk körpə dünyaya gəldi - Foto

638615

Böyük Britaniyada, Şotlandiyanın Orkney adaları arxipelaqına daxil olan kiçik Nort-Ronaldsey adasında son 34 ildə ilk dəfə körpə dünyaya gəlib. 

Bizim.Media "Daily Mail"ə istinadən xəbər verir ki, 59 nəfər əhalisi olan adada sonuncu dəfə uşaq doğumu 1992-ci ilin avqustunda qeydə alınmışdı.
 

Düfkan Uaylder Torsteyn Treyl Suares Ford adı verilən oğlan uşağının çəkisi 3,9 kq olub. Körpə Kosta-Rikadan adaya gəlmiş Alisa Treyl Ford və Xorxe Suares cütlüyünün dördüncü övladıdır.


Ailə iyun ayında Alisanın babasının mülkünü ziyarət etmək üçün adaya gəlib və doğumun məhz burada reallaşmasına qərar verib. Təcrübəli tibb heyətinin və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) dəstəyi ilə adaya sahil mühafizə xidmətinin helikopteri ilə iki mama-ginekoloq gətirilib və doğum uğurla həyata keçirilib.

Körpəyə Alisanın adada böyüyən, adanın lordi (torpaq sahibi) olmuş babası Dunkanın adı verilib.

Qeyd edək ki, Nort-Ronaldsey Orkney adalarının ən şimalında yerləşir. Ada tarixi mayakı, köçəri quşların məskəni və yalnız dəniz yosunları ilə qidalanan nadir qoyun cinsi ilə tanınır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO