Əksəriyyətin ferritin haqqında bilmədiyi VACİB MƏLUMAT

Əksəriyyətin ferritin haqqında bilmədiyi VACİB MƏLUMAT

Hazırda oxunan: Əksəriyyətin ferritin haqqında bilmədiyi VACİB MƏLUMAT
638590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Orqanizmdə ferritin çatışmazlığı depressiya və təşviş pozuntusunun (həyəcanın) inkişafına səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “NEWS.ru” saytına bioloq İrina Lyalina məlumat verib.

Onun sözlərinə görə, bu zülalın çatışmazlığı yuxu pozuntularına da yol aça bilər.
 

“Ferritin orqanizmdə dəmiri depolayan bir zülaldır. Onun aşağı səviyyədə olması psixi vəziyyətə birbaşa təsir göstərir. Bu çatışmazlıq klinik olaraq özünü fiziki zəifliklə deyil, məhz emosional pozuntularla büruzə verir: qıcıqlanma, yüksək təşviş, depressiv vəziyyətlər və yuxu pozuntuları. Yaxşı əhval-ruhiyyə üçün bu göstərici təxminən insanın çəkisinə bərabər olmalı, lakin 30-dan aşağı düşməməlidir”, — deyə Lyalina bildirib.


O vurğulayıb ki, dəmir "xoşbəxtlik hormonları" olan neyromediatorları sintez edən fermentlərin işində mühüm rol oynayır.

Eyni zamanda, mütəxəssisin sözlərinə görə, ferritin çatışmazlığı oksigenin daşınması üçün zəruri olan dəmirin əskikliyindən xəbər verir ki, bu da beynin hipoksiyasına (oksigen çatışmazlığına) səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO