Bu 3 BÜRC edilən səhvi heç vaxt unutmur

Bu 3 BÜRC edilən səhvi heç vaxt unutmur

Hazırda oxunan: Bu 3 BÜRC edilən səhvi heç vaxt unutmur

638607

“Zaman hər şeyin dərmanıdır” deyirlər. Lakin astrologiyaya dair yanaşmalara görə, bəzi bürclər var ki, üstündən nə qədər vaxt keçsə də, onlara və sevdiklərinə qarşı edilən haqsızlığı unutmaqda çətinlik çəkirlər.

Bizim.Media xəbər verir ki, astroloji şərhlərdə xüsusilə üç bürcün yaşadığı mənfi hadisələri uzun müddət yadda saxladığı və etimadları sarsıldıqda əvvəlki kimi münasibət qurmaqda çətinlik çəkdiyi iddia olunur.

Əqrəb

Siyahının ilk pilləsində kinli xarakteri ilə tanınan Əqrəblər yer alır. Astroloji yanaşmalara görə, onlar sadəcə özlərinə qarşı edilən səhvləri deyil, sevdiklərinə qarşı olan haqsızlıqları da uzun müddət unutmurlar.

Əqrəblər özlərini qorumaq üçün yaşadıqları mənfi hadisələri yaddaşlarında saxlayırlar. Onların etimadını sarsıtmaq münasibətlərdə ciddi dəyişiklik yarada bilər. Belə halda Əqrəbin əvvəlki kimi tam güvənməsi və özünü qarşı tərəfə açması çətinləşir.

Buğa

Səbirli və güclü yaddaşa malik olduqları deyilən Buğalar bir çox hadisəni sakit təbəssümlə qarşılaya bilərlər. Lakin astroloji şərhlərə əsasən, bu, onların baş verənləri unutduğu anlamına gəlmir.

Haqqsızlıq və nankorluq Buğaların asanlıqla qəbul etmədiyi davranışlar sırasında göstərilir. Onlar özlərinə və ya sevdiklərinə qarşı edilən yanlışları yadda saxlayır və lazım gəldikdə həmin şəxsi həyatlarından çıxarmaqdan çəkinmirlər.

Oğlaq

Səbirli, ciddi və prinsipial xarakteri ilə tanınan Oğlaqların ədalətsizliyə qarşı həssas olduğu bildirilir. Onlara və ya yaxınlarına qarşı edilən səhvləri asanlıqla bağışlamadıqları qeyd olunur.

Məsələ sonradan həll olunsa belə, Oğlaqların baş verənləri yadda saxladığı iddia edilir. Eyni şəxslə gələcəkdə yeni problem yarandıqda isə əvvəlki hadisələri xatırladaraq “Sən bunu əvvəllər də etmişdin” demələri mümkündür. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO