Lənkəranda atalığı 3 yaşlı uşağı döydü – FOTO

Lənkəranda atalığı 3 yaşlı uşağı döydü – FOTO

Hazırda oxunan: Lənkəranda atalığı 3 yaşlı uşağı döydü – FOTO

638658

Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində qeydə alınıb.
 

Belə ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir.


Valideynləri övladlarının digər uşaqlarla oynayarkən xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: 

“Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO